Pendir və çörəkotu birlikdə çox faydalı bir qida kombinasiyası yaradır. 

Foodinfo.az xəbər verir ki, pendir yüksək protein, kalsium və digər vacib minerallar baxımından zəngindir və sümük sağlamlığı üçün mühüm rol oynayır. 

Çörəkotu isə güclü antioksidantlar, omeqa-3 yağ turşuları və C vitamini ilə zəngindir. Bu toxum immuniteti gücləndirir, iltihabın qarşısını alır və həzm sistemini dəstəkləyir.

Pendirə çörəkotu əlavə etmək həm dad baxımından zənginlik qatır, həm də qidaların təsirini artırır. 

Bu ikili, xüsusilə səhər yeməklərində orqanizmə enerji və zülal verir, eyni zamanda immun sistemini dəstəkləyir.