Florida Universitetinin tədqiqatı nəticəsində məlum olub ki, çayın tərkibində olan ftorid xüsusən uşaqlarda diş və sümüklərə pis təsir edir, yaşlı insanlarda isə sümüklərin daha tez əriməsinə səbəb olur.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, normadan artıq çay içən insanın sümüklərində flyuoroz, uşaqların isə dişlərində fluoroz yaranır.
Əgər çay qaynadılan su da ftorla zəngindirsə, o zaman məsələ lap qəlizləşir. Professorlar qeyd edir ki, çayın tərkibindəki ftorid haqqında çox az adam bilir. 47 növ adi və bitki çayı üzərində aparılan araşdırma göstərir ki, bu çaylarda ftorid normadan 2-3 dəfə artıqdır.
Amma ftorid həm də su və başqa ərzaqlarla da orqanizmə daxil olur. Alimlər gündə 2-3 stəkandan artıq çay içməməyi məsləhət görür. Gün ərzində 6 mq-dan artıq ftor qəbul edən insanın sümükləri təhlükə altındadır.
Məlumat üçün bildirək ki, hazırda bütün dünyada ən çox istifadə olunan içki çaydır.