87 yaşlı XIV Dalay Lama Tenzin Qyatso əbədi gəncliyin sirrini açıqlayıb. O, bildirib ki, şüur ​​təlimi gənc görünüş və sağlam psixikanın saxlanmasına kömək edir. Foodinfo.az xəbər verir ki, bu barədə o,  Hindistanda keçirilən konfransda bildirib.

"Üzüm gənc görünür, çünki mən şüurumu inkişaf etdirməyə çalışıram - və həmişə sakit, dinc ruh vəziyyətini qorumağa çalışıram".

Onun sözlərinə görə, sağlamlığı qorumaq üçün dərmansız da etmək olar. Bunun üçün nəfəs məşqlərindən istifadə edə bilərsiniz. Özü də hər gün meditasiya edir, fikrini sakitləşdirir.

Qeyd edək ki, 14-cü Dalay Lama Tenzin Gyatso 1935-ci ildə Tibetdə anadan olub. 1937-ci ildə o, əvvəlki Dalay Lamanın reenkarnasiyası kimi tanınıb. 1940-cı ildə taxta çıxıb. 1989-cu ildə Dalay Lama təhsil və sülhməramlılığa görə Nobel Sülh Mükafatını alıb.

Nərmin