Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu mütəxəssisləri tərəfindən “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda onlayn seminar keçiriləcək.
Foodinfo.az-ın xəbərinə görə, HACCP sisteminin işlənib hazırlanması və tətbiqinə, eləcə də istehsalın istənilən mərhələsində məhsulun keyfiyyət və təhlükəsizliyinə cəlb olunan işçilər, keyfiyyətə nəzarət struktur bölməsində çalışan əməkdaşlar, həmçinin qida təhlükəsizliyinə dair biliklərə yiyələnmək istəyən şəxslər seminarda iştirak edə bilərlər.
Seminar “HACCP qrupunun yaradılması və qrupun tərkibinin müəyyən edilməsi”, “Məhsulun identifikasiyasının təyin edilməsi”, “Emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin müəyyənləşdirilməsi”, “Aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin edilməsi”, “Təyin edilmiş kritik nəzarət nöqtələri üçün kritik limitlərin müəyyən edilməsi”, “Kritik nəzarət nöqtələri üçün monitorinq və zəruri tədbirlərin tətbiqi”, “Aparılan təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyən edilməsi” mövzularını əhatə edəcək.
Seminarda iştirak etmək üçün qeydiyyatdan keçmək istəyən şəxslər ad, soyad, təmsil etdikləri qurum, vəzifə və əlaqə nömrəsini [email protected] elektron ünvanına göndərə bilər, ətraflı məlumat almaq üçün (012) 565 12 82 (daxili 563, 553), (050) 401 11 12 nömrəsinə zəng edə bilərlər.
Son xəbərlər
- Niyə çipslərdən imtina etməlisiniz?
- Britaniyanın ən yaşlı sakini uzunömürlülüyünün sirrini nədə görür?
- Ekzotik meyvələr: Təbiətin maraqlı sürprizləri
- Bədəndən toksinləri çıxarmaq üçün axşam nə yemək lazımdır?
- Pomidorun zərərləri: Diqqət yetirilməli məqamlar
- Qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlim keçirilib