ABŞ Administrasiyası Miramar şəhərində ahatina kimi tanınan bir ilbiz tapıldıqdan sonra bütün şəhəri karantinə alıb.

Foodinfo.az xəbər verir ki, bu nəhəng ilbiz təhlükəli parazit daşıya bildiyi üçün həm kənd təsərrüfatı, həm də insan sağlamlığı üçün təhlükə yaradır.

İlbizin populyasiyasını məhv etmək üçün Miramarın 5,6 km-lik ərazisi, tərkibində metaldehid olan bir maddə (mollyuskoid) ilə təmizlənəcək. Sakinlərə karantin zonasını tərk etməyə icazə verilsə də, (tərkibində ahatin yumurtası ola biləcəyi üçün) hər hansı bitki materialını çıxarmaq qadağandır.

Ahatin ilbizləri insanlarda meningitə səbəb ola biləcək "Angiostrongylus cantonensis" parazitini daşıya bilmə qabiliyyətinə görə dünyanın ən təhlükəli ilbiz növlərindən biri kimi tanınır. Bundan əlavə, onlar bitkilər üçün dağıdıcıdırlar və 500-dən çox bitki növü ilə qidalana bilirlər. İldə 1200-dək yumurta qoymaqla sürətlə çoxaldıqları üçün təcili tədbirlər görmək vacibdir.

Fərid