Rusiyalı alimlər insanın nitqi vasitəsi ilə depressiyanın olub-olmamasını dəqiq müəyyən edə bilən yeni səs analizi metodu hazırlayıblar. 

Foodinfo.az xəbər verir ki, bu barədə Seçenov Universitetinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, depressiv pozğunluğu olan insanları səs tezliyi, intonasiyası və nitq sürətinə görə sağlam insanlardan ayırmaq olar. Bu diaqnozu mütəxəssislər tərəfindən hazırlanmış neyron şəbəkəsi qoya bilər. 

Yaxın zamanlarda alimlər öz kəşflərini mobil tətbiq şəklində təqdim edəcəklər. Yeni proqramda insan mətn parçasını oxumalı və bir neçə tapşırığı yerinə yetirməli olacaq. Bütün analiz prosesi on dəqiqədən çox çəkməyəcək.

"Əlbəttə ki, dəqiq diaqnoz yalnız həkim tərəfindən qoyula bilər. Lakin bizim tətbiqimiz potensial olaraq depressiyadan əziyyət çəkən və mütəxəssis köməyinə ehtiyacı olan insanları müəyyən etməyə kömək edəcək" - deyə tətbiqin müəllifi, psixoterapevt Dmitri Petelin izah edib.

Leyla