Göz önündə uçuşan qara nöqtələr və ləkələrin bir neçə səbəbi ola bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə nevroloq Qalina Çudinskaya danışıb.

Onun sözlərinə görə, əsas səbəblərdən biri yüksək və ya aşağı qan təzyiqidir. Bu halda müvafiq müalicəni seçmək üçün mütəxəssisə müraciət etmək vacibdir.

Gözlər qarşısındakı iri ləkələr və bulanıq görmə retinopatiya kimi göz damarlarının zədələnməsi zamanı da əmələ gələ bilər. Vaxtında edilən müalicə bu simptomları azalda və görmə itkisinin qarşısını ala bilər.

Həmçinin, qara nöqtələr gözün damar membranlarının və ya torlu qişasının, yaxud hər ikisinin iltihabı nəticəsində əmələ gələ bilər. Xəstələr, həmçinin, işığın yanıb-sönməsini hiss edə və qaranlıqda görmə problemləri yaşaya bilərlər. 

Bəzi hallarda yoluxucu xəstəliklər hətta korluğa səbəb ola bilər.

Göz önündəki qara nöqtələr qığılcım, işıltı, dumanlı görmə ilə müşayiət olunursa, bu, göz içi mayenin (vitreus) və torlu qişanın ayrılması ilə əlaqədar ola bilər. Uzağı yaxşı görməyən insanlarda bu risk xüsusilə yüksəkdir. 

Bu səbəbdən, göz önündə qara nöqtələr və ləkələr müşahidə etdikdə mümkün fəsadların (o cümlədən korluğun) qarşısını almaq üçün həkimə müraciət etmək vacibdir.

Həkim qeyd edib ki, görmə problemləri onurğa sütununun boyun hissəsinin osteoxondrozu zamanı onurğanın damarlarında qan axınının pozulması ilə bağlı ola bilər.

Nurlan