“iPhone” ilə çəkilən foto o qədər keyfiyyətli olub ki, onu süni intellektin işi hesab edərək fotomüsabiqədən kənarlaşdırıblar.
Foodinfo.az xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Belə ki, gənc fotoqrafın anası Syuzi Dogerti oğlunun çəkdiyi şəkli çap edərək yerli fotomüsabiqəyə göndərib. Fotoda qadın "Gucci" sərgisində manekenlərlə poza verir.
Şəkilin müsbət təəssürat yaratmasına baxmayaraq, münsiflər onun süni intellekt tərəfindən yaradıldığını hesab edərək müsabiqədən kənarlaşdırmaq qərarına gəliblər.
Bu, Syuzi və oğlunu çaşqınlığa salsa da, gənc fotoqraf üzülməyib, əksinə, bunu bir iltifat kimi qəbul edib. O bildirib ki, əgər onun fotosu süni intellektin işi ilə səhv saalınıbsa, deməli, həqiqətən də yaxşı alınıb.
Nurlan