
Amerikalı nano mühəndislər yeni texnologiyalar vasitəsilə ispanaqdan xüsusi detektor hazırlayıb. Bu detektorla mina və basdırılmış partlayıcı maddələrin yerini tapmaq mümkündür.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, ispanaq yarpaqları qrunt sularında bitki köklərinin dibində partlayıcı maddədən qaynaqlanan nitrobirləşmələri aşkarlayıb, xüsusi siqnal ötürür. Alınan siqnal infraqırmızı kameralarla qeydə alınır və elektron blokla məktub şəklində göndərilir. Nəticədə bitkilərin kökündə olan kimyəvi maddələrlə bağlı analiz alınır.
Ona görə də ispanaq gözlənilən ekoloji problemlərdən də xəbər verə bilər.