"Sotheby's" hərracında üzərində "Apple" loqosu olan nadir idman ayaqqabıları satışa çıxarılıb.
Foodinfo.az xəbər verir ki, sifarişlə hazırlanan unikal ayaqqabılar indiki sahibinə 1990-cı illərdə, "Apple" geyim istehsalını sınaqdan keçirərkən satış konfransında hədiyyə edilib.
50.000 dollar dəyərində olan idman ayaqqabıları təkcə nadir kolleksiya əşyası deyil, həm də müasir standartlara görə olduqca zövqlüdür. Alıcıya əlavə qırmızı bağlar da verilir.
Ayaqqabı bir neçə dəfə geyinilmiş olsa da, hələ də əıa vəziyyətdədir. Müştəri üçün yeganə əngəl onun ölçüsü ola bilər - 10,5 (ABŞ) və ya Azərbaycan standartlarına görə 44.
Qeyd edək ki, "Tesla" saytında "Tesla Model 3" üçün cəmi 35 000 dollar tələb olunur. Beləliklə, "Apple"ın kolleksiya idman ayaqqabıları artıq indidən İlon Maskın şirkətinin istehsalı olan elektrik avtomobildən 1,5 dəfə bahadır.
Nurlan