İnsanların qida istehlakı vərdişlərini kalori dəyərləri və bəslənmə tarazlığı deyil, dinlər, ənənələr - qısacası mədəniyyətləri müəyyən edər. Günümüz insanları yalnız bir neçə onurğalı, yumşaqbədənli və qabıqlıları yeməsinə baxmayaraq atalarımız böcək yeyirdi. Böcəklər bol miqdarda zülal və yağsız mal ətindən daha az yağ ehtiva edirlər, içlərində bol miqdarda kalsium, dəmir, müxtəlif minerallar və vitamin vardır. Zülal məzmunu baxımından çəyirtkə 50-75%, hörümçək 64%, qarışqa 24%, toyuq 23%, balıq 21%, mal əti 20% və quzu əti 17% zülalla zəngindir. Avropalılar böcək yeməzlər, amma Afrikada müxtəlif çəyirtkə növləri və iri kəpənək tırtılları yeyilir. Taylandda bir növ iri su böcəyi, Yeni Qivineyada avqust böcəyi, Yaponiyada qızardılmışv çöl ansı tək və ya digər qida maddələri ilə və ya souslarla qarışdırılıb yeyilir. Hələ də dünyamızda insan qidası olaraq təxminən 500 böcək növü yeyilməkdədir, bunun 40%-i Meksikada istehlak edilir. İnsanların böcək yemə vərdişim qazana bilməmələrinin səbəbi ehtimal ki böcəklərin ölçülərinin kiçik, bu səbəbdən istehlak üçün lazımlı olan miqdarın təmininin çətin olmasından qaynaqlanmaqdadır. Bundan sonra söyləyəcəklərimiz bizi diqqətli oxuyan və evlərindəki böcəyinin iqtisadi dəyərini anlayan oxucularadaır: Əgər böcək yeməyə qərar vermisinizsə, onları diri olaraq tutmalı və dərhal işə başlamalısınız, çünki ölü böcəklər çox tez xarab olur. Qaramilçəklər və hamam böcəkləri kimi böcəklərin əksəriyyəti bakteriya daşıyarlar, bunları yeməmək lazımdır. Əslində bütün böcəklər parazit daşıdıqlarından yaxşı bir bişirmək lazımdır. Tüklü böcəklər boğazı göynədir, rəngli böcəklər isə əsasən zəhərlidir. Zarafat bir tərəfə, insanlar sağlam bir şəkildə böcək yeyə bilmə vərdişi əldə etsəydilər, qida heyvandarlığına ayrılan otlaqlar bu gün meşə olaraq qoruna biləcəkdi! (Yaşıl Elm)