Oturaq həyat tərzi ürək və oynaqlar üçün zərərlidir, həmçinin, genetik meyl olmasa belə, diabet və varikoz damarları genişlənməsi riskini artırır.

Foodinfo.az xəbər verir ki, bu barədə həkim-terapevt Yelena Solomatina danışıb.

Oturaq həyat tərzində kalorilər sərf olunmur və çəki artmağa başlayır, bu isə bir çox xəstəliyə, o cümlədən diabet və ürək-damar patologiyalarına gətirib çıxarır. Ürək qanı damarlara vurmursa, çətinliklə işləməli olur.

Oynaqlar da bu cür həyat tərzindən əziyyət çəkir. Onlar yaxınlıqdakı toxumalarla qidalanır və ürək qanı yaxşı vurmazsa, lazımi maddələr bura çatmır.

Təhlükəli nəticələrin qarşısını almaq üçün Solomatina iş günü ərzində mümkün qədər tez-tez istənilən fiziki məşqlər etməyi məsləhət görüb: nə qədər çox təkrarlama olsa, bir o qədər yaxşıdır.

Ürək-damar xəstəliklərinin inkişaf riskini isə pilləkənlərlə qalxmaq azalda bilər. Əsas odur ki, əvvəlcə ayaq barmağına, sonra dabana basaraq addımlayasınız. Bunun sayəsində oynaqlara daha az yük düşəcək. 

Bir müddət ayaq üstə durmaqla belə, ağır nəticələrin qarşısını almaq olar. Lakin bunu ağılla etmək lazımdır. Ayaq üstə də hərəkət etmək lazımdır ki, əzələlər daim tonusda olsun.

Nərmin