Pəhriz saxlayarkən və ya sağlam qidalanma zamanı çörək yeməmək doğru vərdiş deyil. Pəhriz saxlamaqla arıqlamaq istəyənlər sağlam, balanslı və nizamlı bəslənmə planı tətbiq etməlidir.
Sağlam və nizamlı bəslənmənin ən əhəmiyyətli qaydalarından biri də hər qida qrupundan müəyyən miqdarda istifadə edilməsidir.
Foodinfo.az xəbər verir ki, bu barədə dietoloq Nərgiz Nəzirova danışıb. Ekspert bildirib ki, arıqlamaq istəyənlər karbohidrat qrupunu: şokolad, tort, şəkər və südlü şirinləri rasionlarından tamamilə çıxardıqları üçün bədənin, xüsusilə də beynin enerji ehtiyacını çörək qrupuyla təmin etməlidirlər:
“Bu şəkildə qanda şəkərin səviyyəsinin balanslı dəyişməsi təmin edilir və şiddətli aclıq duyğusu yaşanmır. Həmçinin sinir sistemi üçün lazımi vitaminlər çörəklə alınmış olur”.
Son xəbərlər
- Niyə çipslərdən imtina etməlisiniz?
- Britaniyanın ən yaşlı sakini uzunömürlülüyünün sirrini nədə görür?
- Ekzotik meyvələr: Təbiətin maraqlı sürprizləri
- Bədəndən toksinləri çıxarmaq üçün axşam nə yemək lazımdır?
- Pomidorun zərərləri: Diqqət yetirilməli məqamlar
- Qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlim keçirilib