Kopenhagen Universitetinin alimləri tərəfindən aparılan elmi araşdırma Yer kürəsinin formalaşması prosesinin əvvəllər düşünüldüyündən çox daha sürətli və effektiv olduğunu göstərib.

Foodinfo.az xəbər verir ki, müasir modelləşdirmənin göstərdiyinə əsasən, planetimiz əvvəllər düşünüldüyü kimi yüzlərlə deyil, cəmi bir neçə milyon il ərzində kiçik daşlardan əmələ gəlib.

Tədqiqatın mühüm kəşflərindən biri bu olub ki, su və digər həyati vacib komponentlər Yerə çox erkən çatıb və təsadüfi asteroidlər tərəfindən gətirilməyib, gənc Günəş sistemini əhatə edən diskdən tozun sovurulması nəticəsində əmələ gəlib.

Planetin formalaşması ilə bağlı bu yeni anlayış alimlərə digər ulduz sistemlərində yaşayışın mümkün olduğu aləmləri axtarmaq üçün daha çox məlumat verir. Mütəxəssislər hesab edirlər ki, Yer kürəsinə bənzər hər bir planet eyni model üzrə əmələ gəlirsə, orada su olacaq.

Natəvan