İnsan heç bir iş görmədiyi halda nəfəs darlığı yaşayırsa, bu, ağır dərəcəli xroniki obstruktiv ağciyər xəstəliyinin (XOAX) göstəricisi ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə N.İ. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin pulmonologiya kafedrasının professoru, həkim Zaurbek Aysanov deyib.
Onun sözlərinə görə, bu xəstəlik müalicə olunmasa, ölümlə nəticələnə bilər.
XOAX zamanı insanın bronxial boruları daralır, bu da oksigenin ağciyərlərə daha az daxil olmasına səbəb olur. Nəticədə nəfəs darlığı yaranır. Bronxial obstruksiya dərəcəsi nə qədər yüksək olsa, nəfəs darlığının şiddəti də bir o qədər yüksəkdir.
XOAX ağır forma aldıqda təngnəfəslik artıq sakit zamanda da müşahidə olunur.
İnsan sadə anketlər və şkalalar vasitəsi ilə özündə nəfəs darlığının şiddətini qiymətləndirə bilər. Məsələn, Böyük Britaniya Tibbi Tədqiqatlar Şurasının şkalası təngnəfəsliyin şiddətini yüklənmə ilə müəyyən edir. Nəfəs darlığına səbəb olan yüklənmə nə qədər yüksək olsa, təngnəfəsliyin dərəcəsi bir o qədər azdır. Ən yüksək dərəcə sakitçilikdə müşahidə olunan nəfəs darlığıdır.
Həkim qeyd edib ki, XOAX-ın aşkarlanması üçün spirometriya adlanan xüsusi test də mövcuddur. Bu, nəfəs alma funksiyasını qiymətləndirmək və obstruksiyanın nə dərəcədə olduğunu bildirmək üçün aparılan hava axını araşdırmasıdır.
Natəvan