Bu gün Ümumdünya Su və ya Su Resursları Günüdür. Foodinfo.az  bu məqamda Resurs Səmərəli və Təmiz İstehsalatının (RSTİ) fəaliyyəti üzrə koordinator Yaşar Kərimovun müəllif yazısını təqdim edir: 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən keçirilən Ətraf Mühit və İnkişafa dair Konfrans zamanı içməli suyun bəşəriyyət üçün əhəmiyyətini vurğulamaq məqsədilə ilk dəfə olaraq müəyyən bir günün Ümumdünya Su Günü kimi qeyd olunması təklif edilib. Bu təklif əsasında BMT-nin Baş Assambleyası 1993-cü ildə 22 mart tarixini Ümumdünya Su Günü elan edib və həmin ildən etibarən hər il 22 mart tarixi Ümumdünya Su Günü kimi qeyd olunur.