Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mətbu orqanı olan “Süfrə” elmi-kütləvi jurnalının növbəti – 6-cı sayı çapdan çıxıb.
Foodinfo.az xəbər verir ki, “Süfrə” jurnalının bu sayında da bir-birindən maraqlı rubrikalar oxuculara təqdim olunub. Belə ki, “Bələdçi” rubrikasında Ağdamın simvolu sayılan “Çay evi”, “Üzümçülər evi” və Çörək muzeyinin maraqlı tarixçəsi ilə tanış ola bilərsiniz. “Persona” rubrikasında hərbi diktor Şəmistan Əlizamanlı və II Vətən müharibəsində döyüşmüş 20-dən çox AQTA əməkdaşından biri olan Tural Məmmədovun atası Knyaz Məmmədovla müsahibəni oxumaq mümkündür.
Həmçinin, “Milli qida” rubrikasında dərc olunmuş məqalədə narşərabın orqanizm üçün faydası, düzgün hazırlanması və uzun müddət saxlanması üçün zəruri məlumatlar, “Qida akademiyası” rubrikasında isə balıq əti və balıq məhsullarının tərkibi, bioloji xüsusiyyətləri, eləcə də təhlükəsizlik göstəriciləri barədə məlumatlar əksini tapıb.
Ölkədə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı məlumatlar “Qida biznesi” rubrikasında əksini tapıb ki, bu da jurnalın sahibkarlıq fəaliyyəti ilə məşğul olan oxucu auditoriyası üçün nəzərdə tutulur.
Xalq artisti Rasim Balayevin “Arxadan vurulan zərbə” filmindən maraqlı süfrə səhnələri barədə xatirələri “Kinomenyu” rubrikasında, şəkərli diabetdən qorunmaq üçün zəruri tövsiyələr isə “Həkim sözü” rubrikasında yer alıb.
Jurnalın 6-cı sayında “Şəhər damlarında bostanlar”, “Uşaqlar üçün ən ziyanlı 10 qida”, “Sultan və kraliçaların cib qovunu – şamama”, “Sağlam qida tətbiqləri”, “Qənaətli bazarlıq sirləri”, “Kəklikotu ətri” və “Qarabağ mətbəxi: tarixi, özəlliyi” kimi məqalələr də təqdim olunub.
Qeyd edək ki, “Süfrə” jurnalını əldə etmək üçün (012) 565-12-72 (daxili nömrə - 015) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
[gallery ids="35066,35067,35068,35069"]
Son xəbərlər
- Niyə çipslərdən imtina etməlisiniz?
- Britaniyanın ən yaşlı sakini uzunömürlülüyünün sirrini nədə görür?
- Ekzotik meyvələr: Təbiətin maraqlı sürprizləri
- Bədəndən toksinləri çıxarmaq üçün axşam nə yemək lazımdır?
- Pomidorun zərərləri: Diqqət yetirilməli məqamlar
- Qida təhlükəsizliyi sahəsində media savadlılığının artırılması üçün təlim keçirilib