Şimali Qafqaz Federal Universitetinin (ŞQFU) tədqiqatçıları qabıq, düyü, qarabaşaq, günəbaxan qabıqları və lavanda gövdəsi kimi kənd təsərrüfatı tullantılarından aktiv kömür istehsalı üçün yeni texnologiya yaradıblar. 

Foodinfo.az xəbər verir ki, bu unikal sorbent maqnit xüsusiyyətlərinə malikdir və suyu mükəmməl təmizləyir. Rusiya bazarında belə bir məhsulun analoqu yoxdur.

Sənayedə suyunun təmizlənməsi effektiv və sərfəli üsullar tələb edir. Adətən bunun üçün zərərli maddələri udan aktiv kömürdən istifadə olunur. Lakin aktivləşdirilmiş kömürün istehsalı üçün əsas xammal bahalı və qiymətli olan ağacdır. Daha sərfəli alternativ tapmaq üçün tədqiqatçılar kənd təsərrüfatı tullantılarından istifadə etməyi təklif ediblər.

Aktiv kömürün alınması prosesi bir neçə mərhələdən ibarətdir. Əvvəlcə bitki xammalının  tullantıları xüsusi sobalarda yandırılır. Sonra alınan kömür əzilir. Minimum xırda hissəciklər əldə etmək üçün xüsusi maddələr əlavə olunur. Son mərhələ dəmir duzlarının məhlullarından istifadə edərək kömürə maqnit xüsusiyyəti verməkdir.

Beləliklə, əldə edilən aktiv kömür analoqlarla müqayisədə daha yaxşı xüsusiyyətlərə malikdir. Ucuz başa gəlir və maqnitlə sudan asanlıqla ayrılır. Bu biokömürün bazar qiyməti mövcud analoqlarla müqayisədə xeyli aşağı olacaq - 8 ilə 48% arasında. Alimlərin bu kəşfinin bazarda birbaşa rəqibləri yoxdur.

Fərid