Habrin Tibb Universitetinin alimləri xəbərdarlıq edirlər ki, tənhalıq və sosial təcrid olunma ömür müddətini ciddi şəkildə azalda, belə həyat tərzi hətta müxtəlif ölümcül xəstəliklərə səbəb ola bilər. 

Foodinfo.az xəbər verir ki, “Nature Human Behavior” jurnalında dərc olunan araşdırma dünya üzrə 2,2 milyondan çox insanın iştirak etdiyi 90 araşdırmanın məlumatlarına əsaslanır.

Məlum olub ki, sosial təcrid olunmuş və tənhalıq hissi yaşayan iştirakçılar müxtəlif səbəblərdən, o cümlədən xərçəngdən daha çox və daha erkən ölürlər.

Alimlər bu əlaqəni sosial təcriddən əziyyət çəkən insanların sağlam həyat tərzinə və düzgün qidalanmaya daha az meyilli olması ilə izah edirlər. Bundan əlavə, sosial izolyasiya bədəndəki proseslərə təsir edir və immun sistemini zəiflədir.

Məsələni araşdıran tədqiqatçılar qeyd edirlər ki, bu nəticə aşağı gəlirli ölkələrə tam aid olmaya bilər. 

Tənhalıqdan qaçmaq üçün alimlər tənha insanlara sosial, ictimai qruplara qoşulmağı tövsiyə edirlər. Bundan əlavə, sosial şəbəkələrdə sərf olunan vaxtı məhdudlaşdırmağa dəyər.

Fərid