"Meta" şirkəti  Aİ ölkələrində yeni "Threads" tətbiqinə (hətta VPN vasitəsilə) girişi aktiv şəkildə blokladığını təsdiqləyib.

Foodinfo.az xəbər verir ki, keçən həftə istifadəyə verilən tətbiq hazırda əksər Avropa ölkələrində “məxfilik səbəbindən" əlçatan deyil.


Şirkət Aİ istifadəçilərinin proqrama daxil olmasının qarşısını almaq üçün əlavə tədbirlər gördüyünü bildirib. 

"Meta" məxfilik siyasətində təsvir edilən, tətbiqin geniş məlumat toplama imkanları Aİ məlumatların mühafizəsi qanunu çərçivəsində hüquqi və normativ problemlər yaradır.

Tətbiq ilkin günlərdə 100 milyondan çox istifadəçi toplasa da, son məlumatlar gündəlik aktiv istifadəçilərin və proqrama sərf olunan vaxtın azaldığını göstərir.

Fərid