Bu günlərdə "Twitter" sosial şəbəkəsi quş loqosundan və köhnə adından tamamilə imtina edib. Sosial şəbəkənin “siması” ağ-qara "X" hərfi və ona uyğun ad olub.
Foodinfo.az xəbər verir ki, şirkətin sahibi İlon Mask belə rebrendinqin səbəbini açıqlayıb.
O, köhnə ad və loqodan imtina edilməsini resursun yeni konsepsiyası fonunda onların istifadəsinin mənasını itirməsi ilə izah ebib:
"“Twitter" adı, o zaman məna kəsb edirdi ki, bu, sadəcə, quşların səsi (tweeting) kimi ora-bura gedib-gələn, 140 simvoldan ibarət mesajlar idi. Lakin indi burada saatlarla video da daxil olmaqla, demək olar ki, hər şeyi dərc etmək mümkündür. Önümüzdəki aylarda biz hərtərəfli ünsiyyət və bütün maliyyə dünyanızı idarə etmək imkanını əlavə edəcəyik. "Twitter" adının bu kontekstdə mənası yoxdur, ona görə də quşla vidalaşmaq məcburiyyətindəyik”.
Mask, həmçinin, abunəçilərdən biri ilə əlaqə saxlayaraq qeyd edib ki, indi paylaşımlar “tvit” yox, “X” (iks) adlanacaq.
Fərid