
"YouTube" platforması yeni funksiyasını işə salıb.
Foodinfo.az xəbər verir ki, bundan sonra buradakı səsli videolar müxtəlif dillərdə dublyaj ediləcək.
Belə ki, süni intellekt istənilən videonu transkripsiya edəcək (mətnə çevirəcək və istifadəçiyə redaktə edilə bilən hazır versiyanı təklif edəcək.Bundan sonra sistem mətni tərcümə edəcək və onun üçün başqa dildə dublyaj edilmiş audiotrek yaradacaq.
Mövcud dillərin sayı hələlik məhduddur: videonu yalnız ingilis dilindən portuqal və ispan dillərinə dublyaj etmək mümkündür.
Videohostinqin nümayəndələri bildiriblər ki, gələcəkdə dillərin sayı artırılacaq və audiotreklər isə daha emosional olacaq və xarakterik tələffüzlə orijinal səslərə bənzəyəcək. Həmçinin, nitq kadrdaki artikulyasiya ilə sinxronlaşdırılacaq.
Funksiya məhdud sayda "YouTube" kanallarında sınaqdan keçirilir. Bütün istifadəçilər üçün isə yeni funksiya 2024-cü ildə tam əlçatan olacaq.
Natəvan