Qida zəhərlənməsi təkcə “köhnə yemək”lə bağlı deyil.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan (AQTİ) Foodinfo.az-a bildirilib ki, bakteriyalar, viruslar, parazitlər və toksinlərlə çirklənmiş qidalar da təhlükəlidir.

Uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olanlar daha çox risk altındadır.

Təhlükədən qorunmaq üçün sadə qaydalar:

- Son istifadə tarixi keçmiş və xarab qidaları yeməyin.

- Meyvə və tərəvəzləri yaxşı yuyun.

- Ət, toyuq, balığı tam bişirin.

- Pasterizə olunmamış süddən istifadə etməyin.

- Şişmiş və ya zədələnmiş konservləri açmayın.

- Əllərinizi tez-tez yuyun.

- Bişmiş yeməyi uzun müddət otaq temperaturunda saxlamayın.

Kiçik diqqət böyük risklərin qarşısını ala bilər.

Mövzu ilə bağlı videonu təqdim edirik.