Yuxu və qidalanma arasında möhkəm qarşılıqlı əlaqə mövcuddur. Zəif yuxu hormon balansını pozaraq aclıq hissini artırır. Foodinfo.az bildirir ki, bu zaman insanlar tez-tez yüksək kalorili və şirin qidalara yönəlir. Eyni zamanda axşam ağır yemək mədə turşuluğunu və yuxusuzluğu artıra bilər.

Yatmazdan ən az 2 saat əvvəl qida qəbulu dayandırılmalıdır. Magneziumla zəngin banan və badam sakitləşdirici təsir göstərir. Triptofan maddəsi ilə zəngin qidalar, məsələn süd, melatoninin sintezini dəstəkləyir. Kofein və şokolad gec saatlarda qəbul edilərsə yuxu rejimini pozur.

Balanslı səhər yeməyi gündəlik bioritmin tənzimlənməsində rol oynayır. Yuxu zamanı bədən bərpa olunur və enerji ehtiyatı yenilənir. Buna görə də qidalanma rejimi yuxu keyfiyyətinə uyğun planlaşdırılmalıdır. Sağlam yuxu – sağlam həyatın ayrılmaz hissəsidir.