
Laboratoriya şəraitində yetişdirilən ət son illərin ən böyük qida yeniliklərindən biri sayılır. Foodinfo.az bildirir ki, bu ət növü ətraf mühitə daha az zərər verdiyi və heyvan kəsiminin qarşısını aldığı üçün təşviq olunur. Lakin bəzi mütəxəssislər laboratoriya ətinin sağlamlığa təsiri barədə hələ də ciddi suallar qaldırır.
Araşdırmalar göstərir ki, bu məhsulların istehsalında istifadə olunan bəzi hüceyrə inkişaf etdirici maddələr insan orqanizmində iltihabi reaksiyaları artırmaq riski daşıyır. Bundan əlavə, məhsulun tam steril şəraitdə hazırlanması belə, uzunmüddətli istehlak zamanı potensial sağlamlıq problemlərini tam aradan qaldırmır. Laboratoriya ətində bəzi sintetik komponentlər immun sistemini zəiflədə və allergik reaksiyalara səbəb ola bilər.
Üstəlik, bu məhsulların qidalandırıcı dəyəri təbii ətlə tam eyni səviyyədə olmaya bilər. Qida sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlar laboratoriya ətinin təhlükəsizliyini təsdiqləmək üçün hələ də genişmiqyaslı testlər aparır. Hazırda bu ət növləri bəzi ölkələrdə məhdud miqdarda satışa çıxarılsa da, kütləvi istehlaka tam hazır olduğu qənaəti yoxdur. Mütəxəssislər istehlakçıları bu cür məhsulları seçərkən etibarlı mənbələrə diqqət yetirməyə çağırır.
Nəticə olaraq, laboratoriya ətinin ətraf mühit üçün faydalı olsa da, sağlamlıq baxımından bütün suallarına cavab tapmadan gündəlik qida rasionuna daxil edilməsi tövsiyə edilmir.