
Dietoloq Yelena Sergeeva, sümük və oynaqlarda ağrıların D vitamini çatışmazlığını göstərə biləcəyini söyləyib. Foodinfo.az xəbər verir ki, Sovainfo.ru ilə söhbətində ekspert qeyd edib ki, hətta bir mikroelementin çatışmazlığı daimi yorğunluq, zəiflik, immunitetin azalması, saç tökülməsi, dəri quruluğu, yuxu problemləri və nevroloji pozğunluqlara səbəb ola bilər.
Mütəxəssisin fikrincə, vitamin və mineral çatışmazlığının ən yaxşı qarşısının alınması balanslaşdırılmış qidalanmadır.
"Lakin bəzi hallarda, məsələn, vegetarianizm, hamiləlik, mədə-bağırsaq xəstəlikləri və ya kifayət qədər günəş işığı olmaması kimi vitamin-mineral komplekslərinin əlavə qəbulu tələb oluna bilər", - ekspert əlavə edib.