Ölkənin ən böyük marketlər şəbəkəsi olan “Araz” Abşeron rayonu, Ceyranbatan yaşayış massivində yeni mağazasını açaraq, şəbəkəsini bir qədər də genişləndirir.
Şirkətdən Foodinfo.az-a daxil olan məlumata görə, “Siz harada, Araz orada” sloqanına sadiq qalan “Araz” supermarketlər şəbəkəsi dekabrın 21-dən etibarən Ceyranbatan yaşayış massivində fəaliyyətə başlayıb.
“Araz” superstore geniş sahəsi, avtomobillər üçün rahat və pulsuz dayanacaq yeri, 20 minə yaxın qida və qeyri-qida məhsul çeşidi ilə sakinlərə rahat, əlverişli alış-veriş mühiti yaradır.
Mağazada meyvə və tərəvəz, ət və ət məhsulları, süd və süd məhsulları, gigiyenik vasitələr, məişət avadanlıqları, mətbəx ləvazimatları və digrə bölmələr müştərilərin xidmətinə verilib. Sutka ərzində fəaliyyət göstərən mağazada müştərilər həmçinin, “Xonça” un məmulatları bölməsində müxtəlif növ şirniyyatlar və tortlar, hazır yeməklər, isti təndir çörəyi əldə edə bilərlər.
Marketin daxilində “Araz Kafe” fəaliyyət göstərir.