Gömrük Komitəsinin Kollegiyası “Gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi qaydaları və formaları”nda dəyişiklik edib.
Banker.az-ın xəbərinə görə, qüvvədə olan “Gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi qaydaları və formaları”na əsasən gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi 4 dəhlizli sistem (formalar) əsasında qurulur.
Bura yaşıl dəhliz, mavi dəhliz, sarı dəhliz və qırmızı dəhliz daxildir. Yaşıl dəhliz mallara və ya nəqliyyat vasitələrini yoxlama, eləcə də şəxsi yoxlama tətbiq edilmədən buraxılışıdır. Mavi dəhliz malların və ya nəqliyyat vasitələrinin buraxılışından sonra gömrük nəzarəti formaların tətbiqidir. Qırmızı dəhliz gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin yoxlanılmasıdır (tələb olunduğu hallarda şəxsi yoxlamadır).
Dəyişiklik sarı dəhlizlə bağlıdır. İndiyə qədər sarı dəhliz gömrük məqsədləri üçün məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər hüquq müəyyənedici sənədlərlə müşayiət olunmasının yoxlanılmasını ehtiva edib. Dəyişikliyə əsasən bu siyahıya qida təhlükəsizliyi sertifikatlarının yoxlanılması daxil edilib.
Dəyişiklik dekabrın 9-dan qüvvəyə minib.
Son xəbərlər
- Çox duzun təhlükələrini - "ağ ölüm"
- Zəncəfilin həddindən artıq istifadəsi təhlükəlidir
- Alimlər zamanı geri qaytarmağa kömək edən maddə tapıblar
- Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub
- Kökəlməmək üçün makaron və kartofu necə bişirmək olar?
- AQTA işçi axtarır - VAKANSİYA