Çörək gündəlik qida ehtiyaclaırmızdan biridir. Ancaq çörək alarkən diqqətli olmasaq, müxtəlif xəstəliklərə yaxalanmağımızın səbəbkarı da ola bilər. Bəzən məcbur qalıb paketlənməmiş çörəklər alırıq. Ancaq bu fotoları gördükdən sonra bir də mənşəyini bilmədiyiniz çörəkləri almayacaqsınız.
Yolüstü qarşımıza çıxan bu mənzərə bizi də təəccübləndirdi. Balaca, natəmiz "jiquli”dəki bu çörəklər şəhərdəki müxtəlif mağazalara aparılır. Satıcı çörəkləri 30-40 qəpiyə satdığını dedi. (Sfera.az)