Sağlam qidalanmanın bir hissəsi olaraq həftədə bir və ya iki dəfə balıq yemək lazımdır. Ancaq yadda saxlayaq ki, balıq ən tez xarab olan məhsullardan biridir, saxlama müddəti çox məhduddur və buna görə də sağlamlıq üçün təhlükə yaradır.
Təzə balıqların üzgəcləri bütövdür, yapışqan və quru deyil. Üzəri parlaqdır və şəffaf bir təbəqə ilə örtülüb. Balığı içini çıxararkən kəsilmiş səthlərdə qan qalıqları parlaq qırmızı olur. Bundan əlavə, təzə balıqların aydın, parlaq gözləri var.
Çox təzə balıq, demək olar ki, neytral bir qoxuya malikdir və mənşəyindən asılı olaraq, duzlu su, gölməçə və ya yosunların qoxusunu etiva edə bilər. Qoxu tünd olarsa, deməli məhsul köhnədir.
Təzə balıq sıx, elastik ətlidir. Əgər barmağınızla balığın dərisinə möhkəm basarsanız, üzərində heç bir çuxur qalmamalıdır.