
Tropic şirkətinin mütəxəssisləri bananın genetikası ilə “işləyiblər”. Foodinfo.az xəbər verir ki, onlar qaralmağa səbəb olan fermentin istehsalına cavabdeh olan genləri bloklayıblar.
Nəticədə meyvə təzə qalır və soyulduqdan sonra 24 saat qaralmır.
“Tropic” şirkətinin baş direktoru Gilad Gerşon qeyd edib ki, yeni çeşid öz dadını, iyini və teksturasını qoruyub saxlayır.
Şirkət artıq bir neçə ölkədə, o cümlədən Filippin, Kolumbiya, Honduras, ABŞ və Kanadada öz meyvələrini satmaq üçün icazə alıb.
Lakin yeni sortun inkişaf etdirildiyi ölkə Böyük Britaniyada belə bananın satışı hələ də qadağandır. Müəlliflər əlavə ediblər ki, hazırda parlamentdə olan dəqiq heyvandarlıq qanun layihəsinin bunu dəyişdirəcəyi gözlənilir.
