Qida tullantıları qlobal problem olaraq qalır. Foodinfo.az xəbər verir ki, bünya enerjisinin demək olar ki, 20%-i qida istehsalı üçün istifadə olunur, lakin təxminən 40%-i israf edilir. Becərmədən tutmuş istehlaka qədər səmərəsiz istehsal baş verir: əkinlər tarlalarda xarab olur, qidalar tranzit zamanı çürüyür və supermarketlər “mükəmməl” rəfləri saxlamaq üçün ərzaqları tullayır.
Ekspertlər hesab edir ki, qida tullantıları ilə bağlı vəziyyət 2025-ci ildə yaxşılaşmayacaq. Problem diqqətdən kənarda qalarkən yaşıl hidrogen və nüvə enerjisi kimi enerji “həlləri”nə milyardlar xərclənəcək.