Texnika elmləri namizədi, ROSBIOTECH Universitetinin qida sənayesi, mehmanxana biznesi və servis kafedrasının dosenti Dmitri Bıstrov RİA Novosti-yə xiyarın gündəlik istehlak edildiyi zaman faydaları və zərərləri barədə danışıb.
Foodinfo.az xəbər verir ki, onun sözlərinə görə, 96 faiz sudan ibarət olan məhsul orqanizmdə su balansını saxlamağa kömək edir, həzmi yaxşılaşdırır və orqanizmdən toksinləri çıxarır. Həmçinin, xiyarlarda çox az kalori var və buna görə də tərəvəz arıqlamaq istəyən insanlar üçün idealdır.
Xiyarda qan laxtalanması, görmə, sümük sağlamlığı, dəri və immunitet sistemi üçün vacib olan K, C, A vitaminləri, maqnezium, kalium və fol turşusu var. Nəmləndirici, təravətləndirici xüsusiyyətlərinə görə xiyar tez-tez kosmetikada istifadə olunur.
Bununla belə, xiyarın da əks göstərişləri var. Həzm sistemi həssas insanlarda xiyarın həddindən artıq istehlakı şişkinlik və köp əmələ gəlməsinə səbəb ola bilər. Xiyarın tərkibində olan K vitamini qan durulaşdırıcıların təsirini azalda bilər. Xiyarın tərkibində oksalatlar da var ki, bu da bu xəstəliyə meyilli insanlarda böyrək daşlarının əmələ gəlməsinə kömək edə bilər.