
Qida məhsullarının idxalı ilə məşğul olan sahibkarların suallarının cavablandırılması, qarşıya çıxan məsələlərin həlli və sahibkarların bu sahədə səmərəli fəaliyyətinin təşkili ilə bağlı onlayn formatda bu gün görüş keçirilib.
Foodinfo.az xəbər verir ki, görüş zamanı yüksək risk qrupuna aid məhsulların idxalı qaydaları, qeydiyyat tələb olunan məhsullar, idxal zamanı tələb olunan sənədlər, idxal olunan məhsulların gömrük sərhəddindən keçidinin səmərəli təşkili mövzuları ilə bağlı müzakirələr aparılıb.
Müzakirə zamanı təkrarlanan sənədlərə dair səsləndirilən saullarla bağlı qida və yem məhsulunun növündən asılı olaraq tələb olunan sənədlər barədə məlumat bir daha sahibkarların diqqətinə çatdırılıb.
Həmçinin sahibkarların yüklərin gömrük sərhəddindən səmərəli keçidinin təşkili ilə bağlı müraciətləri dinlənilib və səsləndirilən təkliflərlə bağlı sahibkarlara dəstəyin göstərilməsi üçün Agentliyin aidiyyati struktur bölmələrinə tapşırıq verilib.
Konstruktiv formatda keçən görüş zamanı sahibkarları maraqlandıran digər suallar cavablandırılıb və onların qaldırdığı məsələlərin həlli istiqamətində təkliflər verilib.