Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzi tərəfindən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvləri üçün bitki sağlamlığı mövzusunda təlim təşkil edilib.

Bu barədə Foodinfo.az-a AQTİ-dən məlumat verilib.

Təlim zamanı AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin Bitki sağlamlığının tənzimlənməsi sektorunun müdiri Gülnar Qəhrəmanova ekosistemin davamlılığının təmin olunmasında bitki sağlamlığının qorunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, qlobal iqlim dəyişikliyi invaziv növlərin populyasiya sıxlığını artırır və onların arealının genişlənməsinə şərait yaradır.

Təlim iştirakçılarına hazırda respublika ərazisində müşahidə olunan Qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinə qarşı həyata keçirilən fitosanitar və maarifləndirici tədbirlər barədə ətraflı məlumat təqdim olunub.