Yay mövsümündə havaların isti keçməsi bakteriyaların daha sürətli çoxalmasına şərait yaradır. Nəticədə qidalar tez xarab ola və zəhərlənmə riski yarana bilər. 

Foodinfo.az xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhalini diqqətli olmağa və qida təhlükəsizliyi tələblərinə ciddi riayət etməyə çağırır.

Qeyd edək ki, qida zəhərlənmələri zamanı göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir.

Mövzu ilə bağlı hazırlanan videoçarxla bu link vasitəsilə tanış ola bilərsiniz.