Silisium maddəsi orqanizmin sağlamlığ qalmasında mühüm rol oynayır. Bu mineral birləşdirici toxuma, ağciyər və daxili sekresiya vəzilərinin düzgün işləməsi üçün lazımdır.
Foodinfo.az xəbər verir ki, 40 yaşdan sonra bədəndə bu maddənin səviyyəsi azalır, buna görə də onun qəbuluna diqqət etmək məsləhətdir.
Hər gün orqanizmə 5-50 mq arasında silisium lazımdır.
Təmiz silisium mövcud deyil, ona görə də onu qidalardakı müxtəlif birləşmələrdən əldə etmək olar.
Bu mineral böyük miqdarda qarabaşaq yarması, buğda, yulaf, çuğundur, turp, həmçinin giləmeyvə və tərəvəzlərdə olur. Bədəndə silisium çatışmazlığı zəif dırnaqlar, saç zədələnməsi, dəri və diş problemləri, yaraların və zədələrin gec sağalması, iştahsızlıq, meteohəssaslıq, psixi problemlər və digər xəstəliklərə səbəb ola bilər.
Çox vaxt silisium çatışmazlığı həzm sisteminin patologiyası, əlverişsiz ekoloji mühit, səhv qidalanma və az maye qəbulu və digər amillərlə əlaqələndirilir.
Əksər hallarda zəngin qidalanma və bitki məhsullarından düzgün istifadə zamanı qida əlavələrinə ehtiyac qalmır.