ROSBIOTECH Universitetinin Qida sənayesi, mehmanxana biznesi və xidmət kafedrasının dosenti, t.ü.f.d. Dmitri Bıstrov açıq konservlərin istehlak üçün təhlükəli olduğunu söylədi.
Mütəxəssis Life.ru-ya müsahibəsində bildirib ki, məhsulun yararlılıq müddəti bitibsə, qab qabarıbsa və ya məhsulun rəngi dəyişibsə, konservləşdirilmiş yemək yeməməlisiniz.
Mütəxəssisin sözlərinə görə, açılmış ət konservləri soyuducuda iki-üç gündən çox olmayaraq, balıq - maksimum bir gün, tərəvəz və meyvələr - bir həftə, təkrar istifadə oluna bilən plastik və ya silikon qapaq ilə möhkəm bağlanaraq saxlanılır.
Məhsulların metal ilə təmasından qaçmaq üçün məhsulu şüşə və ya plastik qablara köçürmək də məsləhətdir.