Pakistanın Lahor Universitetinin alimləri kökün qida tərkibini, fitonutrientlərini və funksional xüsusiyyətlərini tədqiq ediblər.
Foodinfo.az xəbər verir ki, nəticələr International Journal of Food Properties jurnalında dərc olunub.
Tədqiqat nəticələrinə görə, yerkökün tərkibində olan karotenoidlər, polifenollar və vitaminlər antikanserogen, antioksidant təsir göstərir və immunitet sistemini gücləndirir. Bundan əlavə, tərəvəzin qan təzyiqi və xolesterin səviyyəsini aşağı salan diabet əleyhinə xüsusiyyətlərə malik olduğu da müəyyən edilib.
Yerkökü böyrək və qaraciyərə müsbət təsir edir, piyi və öd çıxarır. Üstəlik, tərəvəz idrak funksiyasını yaxşılaşdırır.
Alimlər sübut ediblər ki, kök toxumundan alınan ekstraktların da bir sıra faydaları var. Onların antifungal və antiinflamatuar təsiri var.
Fərid