Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, həmçinin biotəhlükəsizlik üzrə maarifləndirmə işinin təşkili sahəsində çalışmaq üçün mütəxəssisləri işə dəvət edir. İşə qəbul üçün qida mütəxəssisləri, bioloqlar, kimyaçılar, baytar-həkimləri, eləcə də həkim-gigiyenistlər və diyetoloq-nutrisioloqlar müraciət edə bilərlər.
Foodinfo.az xəbər verir ki, namizədlər kreativ ideyalar irəli sürmək, yüksək səviyyədə ünsiyyət qurmaq və səlis danışmaq qabiliyyətinə malik olmalıdırlar. Həmçinin onlar maarifləndirici məlumatları ictimaiyyətə çatdırmağı və yüksək səviyyədə araşdırma aparmağı bacarmalıdırlar.
İşə qəbul zamanı ən azı magistratura təhsili olan, rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək.
Tələblərə cavab verən şəxslər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə “AQTİ, vakansiya, maarifləndirmə” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
CV-lər təhlil edildikdən sonra tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.