Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi karantin tətbiq edilən zərərli orqanizmlər barədə məlumat mübadiləsi aparacaqlar.
Foodinfo.az Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin plenar iclasına tövsiyə olunan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, hər iki ölkədə qida məhsullarına verilən sertifikat nümunələrinin ekvivalentlik prinsipinə uyğun olaraq qarşılıqlı mübadiləsi, tanınması və dəyişikliklər barədə məlumat verilməsi təmin olunacaq. Eyni zamanda tərəflər dövlətlərin milli qanunvericiliyinə əsasən, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış qida məhsulları, eləcə də baytarlıq və fitosanitar nəzarəti altında olan qida məhsulları barədə məlumat mübadiləsi aparacaqlar.
Qeyd edək ki, bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin bir-birinə göndərdikləri sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir. Bu saziş qeyri-müəyyən müddətə qüvvədə qalır. Tərəflərdən biri istənilən vaxt digər tərəfə bu sazişin ləğv edilməsi niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı olaraq məlumat verə bilər. Ləğvetmə belə bildirişin alınmasından 6 ay sonra qüvvəyə minir.
Son xəbərlər
- HƏR GÜN ÇÖRƏK YEMƏYİN TƏSİRİ
- Dünyanın ən zərərli qidası açıqlandı
- Fəsil dəyişkənliyində yuxunu necə tənzimləyək?
- Veysəloğlu Şirkətlər Qrupunun İR direktoru Ziya Rəcəbov "Strateji HR Forum"da spiker kimi iştirak edib
- Mətbəxdə televizorun olması buna səbəb olur - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
- 30 gün ərzində sağlam bədənə sahib olacaqsınız -BU QİDALARDAN UZAQ DURUN