Azərbaycanda qənd və şəkər tozu istehsalı tənəzzüldədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-avqust dövründə 106,9 min ton qənd və şəkər tozu istehsal edilmişdir. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 35,7 faiz azdır. 2017-ci ilin yanvar-avqust dövründə 166,3 min ton şəkər tozu istehsal edilmişdi. Qeyd edək ki, ötən ilin yanvar - avqust dövründə  bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə qənd və şəkər tozu istehsalı  40,3 faiz azalmışdı. Belə ki, 2016-cı ilin 8 ayı ərzində 278,4 min ton qənd və şəkər tozu istehsal edilmişdi. 2016-cı ilin 8 ayı ilə müqayisədə cari ilin 8 ayında istehsal edilmiş qənd və şəkər tozu 2,6 dəfə azdır. Daxili istehsalın azalması ilə bərabər idxalın da azalması təəccüblüdür. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin 8 ayı ərzində Azərbaycana 54 milyon 477 min dollar dəyərində 148 min 852 ton şəkər idxal olunub. 2017-ci ilin 8 ayı ərzində 109 milyon 394 min dollar dəyərində  233 min 135  ton şəkər idxal olunmuşdu. (Marja.az)