"Tibb" ASC-nin qastroenteroloqu, tibb elmləri doktoru Vladimir Neronov göbələklərin istifadəsi ilə bağlı tövsiyələr verib.
"Bütün göbələk həvəskarları bilməlidirlər ki, göbələkləri çox miqdarda və davamlı olaraq yemək qaçılmaz olaraq həzm sistemində pozğunluqlara səbəb olacaq" deyə ekspert RIAMO ilə müsahibədə bildirib.
Mütəxəssisin fikrincə, bişmiş göbələkləri saxlamaq deyil, gün ərzində bütün porsiyanı istehlak etmək daha yaxşıdır.
"Üstəlik, əksər göbələklərin yalnız qapaqları yeməli olur" həkim əlavə edib.