“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan “Kənddən şəhərə” Qış Yarmarkası fəaliyyətə başlayıb.
Foodinfo.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Bakı və Abşeronda 3 ünvanda (Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı) və Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41) fəaliyyət göstərəcək.
Yarmarkaya əvvəlcədən qeydiyyatdan keçən 100-dən artıq fermer öz məhsullarını çıxarıb. Yarmarka dekabrın 31-dək davam edəcək.