Badımcanın tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkərlə yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da var. Tərkibində olan vitaminlər bir çox xəstəliklərin qarşısını alır.
Foodinfo.az Mətbuat.az-a istinadən badımcanın faydalarını təqdim edir:
- Tərkibindəki fenolik birləşmələr sayəsində sümük sağlamlığını gücləndirir
- Anemiyanın müalicəsində faydalıdır
- Ürək sağlamlığını gücləndirməyə kömək edir
- Müntəzəm yeyildikdə LDL (qan xolesterin) səviyyəsinin tarazlanmasına təsir göstərir
- Xərçəng riski olanlarda mümkün şiş böyüməsinin qarşısını alır
- Qaraciyəri müəyyən toksinlərdən qorumağa kömək edir.
- Badımcan iştahı azaldan və toxluq hissini artıran bir quruluşa malikdir. Beləliklə, arıqlamaq istəyənlər üçün son dərəcə faydalıdır.