Həm həkimlər, həm pasiyentlər, həm əczaçılar yaxşı bilir ki, müasir farmakologiya daha çox gəlir əldə etmək üçün çarpışır, köhnə dərmanlara yeni ad, görkəm verərək istehsal edir.
10 illərdir mövcud olan standart dərmanlar var ki, onlarla eyni tərkibdə olan analoji preparatlar bazarı zəbt edib. Bəzən həkimə bu ağrıkəsicinin daha ucuzunu yaz deyəndə, avtomatik olaraq həmin dərmanın əvəzedicisini yazır.
Hazırda pasiyentin cibinə daha çox girməyi qarşısına məqsəd qoymuş farmakologiya imperiyası nədənsə həkimləri də təsiri altına alıb. Çünki çox həkimlər öskürək, qarınağrı dərmanı, mədə dərmanının qəpik-quruşa olan alternativini bilsələr də, reseptə müasir preparatları - bahalı olanı yazırlar.
Hazırda satışda olan 70-dən çox dərmanın analoji variantı var ki, onlar daha ucuz və sərfəlidir.
Məsələn, kimsə baş ağrısına görə pentalgin, nurofen içir, kim isə sitramon və ya analgin. Effekt eynidir, sadəcə birinə bahalıya başa gəlir, digərinə ucuza.
Çox məşhur, lazımlı preparatların müasir bahalı variantları ilə köhnə - ucuz variantlarının cədvəlini təqdim edirik. Həkiminiz resept yazarkən mütləq daha ucuz, analoji dərmanların olub-olmamasını soruşun və xahiş edin ki, ucuzunu yazsın. Amma bu hər müalicəyə aid deyil. Çünki elə xəstəliklər var ki, onların preparatları yeni çıxıb və analoqu yoxdur.
(medcina.az)