2018-ci ilin iyul ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri iyun ayına nisbətən 0,6 faiz ucuzlaşıb.
Bakı Statistika İdarəsindən Foodinfo.az-a bildiriblər ki, ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz ucuzlaşıb.
Xidmətlər üzrə qiymətlər isə eyni səviyyədə qalıb.
Bakıda ət və çörək bahalaşıb
Konkret olaraq məhsullar üzrə qiymət indekslərinə gəlincə, 2018-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak bazarında “Çörək məmulatları və yarmalar” qrupu 0,1 faiz, “Ət məhsulları” qrupu 0,3 faiz, “Balıq məhsulları” qrupu 1,1 faiz, “Yağ və piylər” qrupu 0,2 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, “Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,2 faiz, “Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,1 faiz, “Araq, brendi (konyak)” qrupu 0,2 faiz, “Pivə” qrupu 0,1 faiz bahalaşıb.