Bu bitkilər arasında kalsiumun tərkibində liderlər soya - 100 q-da 240 mq, lobya və noxud - 194 mq-dır. Foodinfo.az xəbər verir ki, paxlalı bitkilər də bitki mənşəli zülalın yaxşı mənbəyi hesab olunur ki, bu da heyvan zülalları ilə yanaşı pəhrizə daxil edilməlidir.
Bundan əlavə, paxlalılar dəmir, sink və kaliumla zəngindir. Araşdırmalara görə, bu bitkilər qanda xolesterinin miqdarını azaltmağa və 2-ci tip diabetin inkişaf riskini azaltmağa kömək edir.
Leyla