Qəhvə oyanmağınıza kömək edən və gün ərzində enerjinizi artıran məşhur səhər içkisidir. Bununla belə, dietoloq Simrun Çopra xəbərdarlıq edib ki, bu içki hər kəs üçün uyğun deyil.

Ekspertin fikrincə, üç qrup insan bu içkidən çəkinməlidir.

Kofeinə qarşı dözümsüzlüyü olan insanlar. Bunlar kofeini effektiv şəkildə emal etməyən insanlardır. Qəhvə içdikdən sonra onlar əsəbilik, əzələlərin titrəməsi, emosional həyəcan və arterial təzyiq hiss edə bilərlər. Xoşagəlməz simptomlar 10 saat davam edə bilər.

Narahatlığı olan insanlar. Bir şəxs narahatlıq və ya panik ataklardan əziyyət çəkirsə, qəhvə bu təsiri gücləndirə bilər.

Hamilə qadınlar. Kofein təkcə qadının deyil, həm də dölün rifahına mənfi təsir göstərə bilər.

Nurlan