Armud bir çox faydalı xüsusiyyətlərə malikdir.
Foodinfo.az xəbər verir ki, bu meyvənin faydaları barədə diyetoloq Lili Sautter danışıb.
Onun sözlərinə görə, armud xərçəng əleyhinə təsir göstərən antioksidant və polifenollarla zəngindir. Bu meyvədən müntəzəm istifadə həzm və arıqlamaq üçün də faydalıdır.
“Armud dadlı olmaqla yanaşı, həm də aşağıkalorilidir. Üstəlik, liflə zəngin olduğu üçün toxluq hissi yaradır", - deyə Sautter izah edib.
Mütəxəssis armudu şirniyyatlara alternativ olaraq da məsləhət görüb, çünki tərkibindəki fruktoza, adi şəkərdən fərqli olaraq, qanda qlükoza səviyyəsini kəskin artırmır.
Diyetoloq əlavə edib ki, armudun tərkibində vitamin və minerallar, o cümlədən C vitamini, kalium, maqnezium və dəmir var.